Məktəbimizdə 2024/2025-ci tədris ilinin başlanması münasibətilə "Bilik günü" tədbiri təşkil edilib

                        Məktəbimizdə 2024/2025-ci tədris ilinin başlanması münasibətilə "Bilik günü" tədbiri təşkil edilib.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi yad edilmişdir.Daha sonra məktəbin direktoru Fidan Axundova çıxış edərək ilk dərs günü münasibətilə müəllim kollektivini və məktəbliləri təbrik etmişdir, şagirdlərə təhsil nailiyyətləri və uğurlar arzu etmişdir.Tədbirdə Keşlə bələdiyyəsinin sədr müavini Ə.İradə xanım çıxış edərək, məktəb heyətini və məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik etmişdir. Tələbə adını qazanmış Qarabağ universitetini seçən və yüksək bal toplayan məzunumuz Məmmədova Fatimə çıxış edərək şagirdlərə ürək sözlərini çatdırmışdır. Tədbirin bədii hissəsində birincilərin ifasında şeirlər, mahnılar səsləndirilib. Eyni zamanda 4-cü sinif şagirdləri də öz rəqs və şeirləri ilə məktəbliləri təbrik etmişdir. Tədbirin sonunda birincilər tədris ilinin ilk zəngini çalmışdır. 2024/2025-ci tədris ilində Azərbaycan Respublikası Elm və Təhsil naziri, cənab Emin Əmrullayevin əmri ilə ilk dərslərin mövzusu "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi