Kiçik Akademiyanın növbəti hesabatı baş tutub

12 iyun 2019-cu il tarixində Kiçik Akademiyanın "Estetika" və "Təbiət elmləri" kafedrasının növbəti təqdimatı baş tutdu. Akademiya üzüvləri apardıqları araşdırmaları və əl işlərini təqdim etdilər. Öncə Məmmədova Fatimə Azərbaycan xəritəsi üzərində hazırladığı "Azərbaycan bölgələri" işini nümayiş etdirdi. O, bütün rayonlar üzrə araşdırma aparmış və hər bölgədə daha çox becərilən mədəni bitkilərdən xəritə üzərində kompozisiya hazırlamışdı. Daha sonra Fatimə "Universal bitki" kompozisiyasını təqdim etdi. 7"A" sinfinin şagirdləri "İtin sinir sistemi", "İtin qan-damar sistemi", "İtin tənəffüs sistemi" adı altında plastilindən hazırladıqları işi təqdim etdilər. Öz yaş kateqoriyalarına uyğun olaraq Məryəm, Ülvi, Mələk, Brilyant da öz əl işlərini nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi