Kiçik Akademiyanın ilk hesabatı

BŞTİ-nin 29.01.2019- cu il tarixli F 67 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbdə Kiçik Akademiya yaradılmışdır. Kiçik akademiyanın kafedraları təsis olunmuş , istedadlı şagirdlər oraya cəlb olunmuşdur. Kiçik Akademiyanın loqosu təsdiq olunmuşdur , strukturu müəyyən olunmuşdur. Məktəbdə beş kiçik akademiyanın beş kafedrası yaradılmışdır. Humanitar kafedra - Hüseynova Elnurə Təbiət - Həsənova Alimə Texniki - Cəfərli Zeynəb Sosial - iqtisadi - Yəhyayeva Nuranə Estetik - Yaqubəliyeva Humay May ayı ərzində kafedralar ilk hesabatlarını təqdim etmişlər. Biologiya kafedrası "Alkaqol", "Erkən nigahlar, onların statistikası və fəsadları" , "Zərərli vərdişlər" mövzuları üzrə , Humanitar kafedra "AXC yaranması və süqutu", "Ana dili milli varlığımızdır", "Bədii ədəbiyyatın nitqin inkişafında rolu" mövzuları üzrə təqdimatlar etmişdir. Estetika kafedrası isə məktəbdə "Valideynin bir Günü" layihəsi üçün iki sərgi hazırlamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi