Riyaziyyat aylığı

Məktəbin aylıq tədbirlər planına uyğun olaraq noyabr ayı riyaziyyat fənn aylığı elan olunmuşdur. Ay ərzində riyaziyyat fənninin tədrisi vəziyyətinin yoxlanılması, təlimin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması məqsədilə fənn bülletenləri,divar qəzetləri hazırlanmış, qarşılıqlı dərs dinləmələri, nümunəvi dərslər və monitorinqlər,viktorinalar təşkil olunmuşdur. 4b və 4c sinif şagirdlərinin iştirakı ilə "Riyaziyyat elmlərin şahıdır"adlı tədbir keçirilmiş,tədbirdə şagirdlər riyaziyyat fənni haqqında maraqlı faktlar,seirlər,mahnılar söyləmiş,məntiq yarışması təşkil edilmişdir.Fərqlənən şagirdlər Fəxri fərmanla təltif edilmişlər.Riyaziyyat aylığına"Əyləncəli riyaziyyat" tədbiri ilə yekun vurulmuşdur.Riyaziyyat müəllimi Mehriban Qəhrəmanovanın təşkilatçıllğl ilə keçirilən tədbirdə 11a və 11b sinif şagirdlərinin iştirakı ilə 5 mərhələdən ibarət viktorina təşkil edilmişdir.Münsiflər heyətinin qərarına əsasən viktorinanın qalibi 11a sinfi olmuş,qalib gələn "Vahid"komandası məktəbin direktoru Kərim Abidi tərəfindən Fəxri fərmanla mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi