Məktəbdə Ümumdünya Mülki Müdafiə günü

"1 Mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar olaraq "Mülki Müdafiə sahəsində innovativ texnologiyalar"mövzusunda maarifləndirici tədbir keçirildi.Məktəbin hərbi rəhbəri Əbdüləli İsmayılov Mülki Müdafiə gününün yaranma tarixi,məqsədi barədə,məktəbin direktoru Zülfiyyə Rəsulova isə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında şagirdlərə ətraflı məlumatlar verdilər.Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.Məktəbdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim prosesi həyata keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.Mülki müdafiə manqalarının üzvləri tərəfindən ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi