Kiçik Akademiya

"Kiçik Akademiya" barədə ümumi məlumat31 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 2018/2019-cu tədris ilindən fəaliyyətə başlayıb. Məqsədimiz elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri aşkara çıxarmaq,şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq,onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək,tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək,elmi layıhələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.Elmi tədqiqat işlərinə meyli olan şagirdlər "Kiçik Akademiya" nın üzvüdürlər."Kiçik Akademiya"nın fəaliyyətinin tənzimlənməsi məktəb rəhbərliyi tərəfindən həyata keçirilir."Kiçik Akademiya" daxilində həyata keçirilən işlərin təqdimat və müzakirəsi təşkil edilir.“Kiçik Akademiya”nın şagirdləri Ü.Həsənovanın rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayırlar. Hələ ki,məktəbdə yaradılan "Kiçik Akademiya" fizika-riyaziyyat və texniki fənləri əhatə edir."Kiçik Akademiya"nın prezidenti fizika müəllimi Ülviyyə Həsənovadır."Quyunun perforasiya edilmiş qoruyucu boru kəməri","Kartezan dalğıc", "Məsaməliliyin tətbiqi","Səs dalğalarının tətbiqi", "Pik neft oyunu"mövzularında eksperimentlər aparılmışdır.Artıq "Kiçik Akademiya"nın yeni hazırlanmış loqosu da vardır.Məktəbin Kiçik Akademiyası qarşıya qoyulan məqsədə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirilməsini və digər bölmələr üzrə də "Kiçik Akademiya"ların yaradılmasını planlaşdırır.

Ətraflı
HAQQIMIZDA

Yasamal rayonundakı 31№-li tam orta məktəb Fuad İbrahimbəyov 17 ünvanında yerləşir. 1934-cü ildən fəaliyyət göstərir. 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci...

BİZİM FƏXRLƏRİMİZ

RƏHMİN ZEYNALOV MÜNASİB 558 BAL

AYSU ƏZİMZADƏ QURBAN 684 BAL

HAQQIMIZDA

Yasamal rayonundakı 31№-li tam orta məktəb Fuad İbrahimbəyov 17 ünvanında yerləşir. 1934-cü ildən fəaliyyət göstərir. 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci...

BİZİM FƏXRLƏRİMİZ

RƏHMİN ZEYNALOV MÜNASİB 558 BAL

AYSU ƏZİMZADƏ QURBAN 684 BAL

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi