FƏXRİMİZ

Aslan Əlikram oğlu Ağaverdiyev 1952 – ci il avqust ayının 24 – də Bakı şəhərində anadan olmuşdur.

Qanlı yanvar gecəsi saat 22:00 radələrində keçmiş Naxçıvan mehmanxanasının qarşısına gəlmiş, orada sovet əsgərləri ilə üzbəüz dayanan əli körpəli və uşaq arabalı qadınları geri çəkmiş,onların qarşısında cavanlarla birlikdə sədd çəkib dayanmışlar. Saat 00:01 radələrində atəş əmri verilərkən qadınların və uşaqların qarşısında sədd çəkmiş cavanları (Aslan Ağaverdiyev daxil olmaqla) güllə baran etmişlər. Həmin gecə bu cavanlar canları bahasına onlarla qadını və körpəni ölümdən xilas etmişlər. Aslan Ağaverdiyev bu hadisədə yaralanmış, güllə onun daxili orqanlarını zədələmişdir. Xəstəxanaya gətirilənə qədər artıq 3 litr qan itirmişdir. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə - şam və  qəzet alovunun işığında əməliyyat olunub. Ona  çoxlu qan vurulsa da, qan bədənində dövran etmədiyinə görə yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb.

Ona ölümündən sonra  Azərbaycan Respublikasının 13 yanvar 1992 – ci il tarixli, 48 nömrəli qanununa əsasən “Azadlıq Uğrunda Mübariz” fəxri adı verilmiş və “20 yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998 – ci il tarixli, 695 nömrəli fərmanına əsasən “20 yanvar şəhidi” fəxri adı verilmişdir.

Hal hazırda Bakı şəhəri Yasamal rayonundakı 31 nömrəli tam orta məktəb Aslan Əlikram oğlu Ağaverdiyevin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi