5 Mart - Bədən tərbiyəsi və İdman Günü

 5 Mart - Bədən tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəbimizdə keçirilən "İdman həftəsi"nin son günündə məktəbimizin məzunu, dəfələrlə beynəlxalq yarışların qalibi, tanınmış idmançı Məhəmməd Abdullayevlə görüş təşkil olundu. Görüşdə məktəbin fiziki tərbiyə müəllimləri Telli Camalova, Qasım Quliyev və məktəb rəhbərliyi iştirak edirdi. Məhəmməd Abdullayev şagirdlərə idman həyatında keçdiyi yollardan, qazandığı uğurlardan danışdı, şagirdləri maraqlandıran sualları cavablandırıldı və onlarla xatirə şəkilləri çəkildi. Tədbirdə eyni zamanda "İdman həftəsin"də keçirilən yarışlarda qalib olan və fəal iştirak edən şagirdlər mükafatlandırıldı. Sonda söz məktəbin diektoru Ramiz Osmanova verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi