Nailiyyətlərimiz

İntellektual müsabiqəDekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqə başlamamışdan öncə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır. Müsabiqə nəticələri 4 yanvar 2022-ci il tarixdən etibarən emal olunacaqdır.

Cüdo turnirində I yerin qalibi oldu⁸Oktyabrın 18-i 2022-ci il tarixdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin II Qarabağ müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo turnirində 66 kq çəki dərəcəsində I Yerə layiq görülərək qızıl medal və kubokla təltif olunmuş 8 "F" sinif şagirdi, "Kiçik Akademiya"nın vitse-prezidenti Nurəddin Əliyevlə məktəb rəhbərliyi görüş keçirmişdir. Şagirdimizi səmimi qəlbdən təbrik edir, gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

Kinboks yarışı üzrə I yer tutmuşdurYusubova Qızbəz Nəsib qızı 6ç sinfində oxuyur.Kinboks idman növü üzrə I yerə tutmuşdur.

HAQQIMIZDA

   Bakı şəhəri Sabunçu rayonunda yerləşən 307 nömrəli tam orta məktəb 2006-cı ildə istifadəyə verilmişdir. &l...

BİZİM FƏXRLƏRİMİZ

Məhəməd Əsgərov Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi