Nailiyyətlərimiz

Növbəti uğurumuzBakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü ilin mart və aprel aylarında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda keçirilən referat müsabiqəsində Bakı şəhəri üzrə qalibi, 11"A" sinif şagirdi Aytac Novruzlu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 41 nömrəli əmrinə əsasən xüsusi Sertifikatla təltif olunmuşdur. Şagirdimizin referatının hazırlanmasında elmi məsələlər üzrə əziyyəti olan, tarix müəllimi Zümrüd Quliyevaya, bədii məsələlər üzrə əziyyəti olan Sərxan Şahverdiyevə təşəkkürlərimizi bildiririk. Qalibiyyət münasibətilə 307 ailəsini səmimi qəlbdən təbrik edirik!

İnnovativ gəncimiz    Məktəbimiz uğurları ilə fəxr edir.     Dekabrın 16-sı 2023-cü il tarixdə məktəbin direktoru Nizami Qasımzadə, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev 10"A" texniki təmayüllü sinfin şagirdi, beynəlxalq İTE, startup layihələrinin iştirakçısı, bir çox müsabiqə və layihələrin qalibi, iştirakçısı olan Asim Şirinovla görüş keçirilmiş və onun uğurları səmimi qəlbdən təbrik edilmiş, gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulanmışdır.

Pedaqoji uğurumuz    307 nömrəli tam orta məktəbin pedaqoji uğuru     Məktəbin fiziki tərbiyə müəllimi Günay Qaraşova müəllimlik fəaliyyətini beynəlxalq yarışlarda da davam etdirmişdir. Q.Günay badminton idman növü üzrə beynəlxalq təlimlərdə olmuş, beynəlxalq dərəcəli sertifikat əldə etmişdir. Beynəlxalq dərəcəli sertifikatı əldə etdikdən sonra ölkəmizdə təşkil olunan badminton idman növü üzrə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş türk dövlətləri arasında təşkil edilmiş yarışda və Avropa oyunlarında hakimlik etmişdir.     Müəllimimizi səmimi qəlbdən təbrik edir, karyerasında uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

HAQQIMIZDA

   Bakı şəhəri Sabunçu rayonunda yerləşən 307 nömrəli tam orta məktəb 2006-cı ildə istifadəyə verilmişdir. &l...

BİZİM FƏXRLƏRİMİZ

Məhəməd Əsgərov Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi