"9 noyabr Dövlət Bayrağı günü"

 "9 noyabr Dövlət Bayrağı günü" 306 №-li tam orta məktəbdə  böyük təntənə və qürurla keçirildi.Məktəbimizdə  keçirilən tədbirdə  şagirdlərimizin ifasında bayrağımıza həsr olunmuş şeirlər səsləndi  və musiqilər ifa olundu.Həmçinin şagirdlərimizin çəkdiyi üçrəngli bayrağımız təsvir olunan  rəsm əsərləri də böyük maraqla qarşılandı.

İbtidai siniflərin ilk dərsi də şanlı bayrağımıza  həsr olundu. Keçirilən tədbirlər həm aşağı,həm də yuxarı sinif şagirdlərimizdə,həmçinin də məktəbin müəllim kollektivi və valideynlərdə yüksək bayram əhval-ruhiyyəsi yaratdı və bayrağımıza olan dərin hörmət və ehtiram hissini daha da artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi