Baharın müjdəçisi-Yel çərşənbəsi

Şagirdləri Azərbaycanın tarixi keçmişi, adət-ənənələri ilə tanış etmək, xalqımızın ən qədim bayramı olan  Novruz və Novruz bayramından öncə qeyd edilən çərşənbələr barədə məlumatlandırmaq məqsədilə 306 nömrəli məktəbin ibtidai sinif müəllimi S.Məmmədova öz sinfi ilə "Bayramın müjdəçisi-Yel çərşənbəsi " mövzusunda ədəbi-bədii musiqili kompozisiya təşkli etdi. İkincilər  tədbirdə çox həvəslə iştirak edərək  şeirlər söylədilər , mahnı oxudular  rəqs etdilər. Novruzun əsas atributları olan keçəl və kosanın çıxışı  xüsusi maraqla qarşılandı. qədim məişət əşyaları , xalçalar tədbirin tərtibatına xüsusi gözəllik verdi. Tədbirdə iştirak edən məktəbin direktoru G.Ədilova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi , məktəblilərin çıxışlarını alqışladı və onlarla birlikdə xatirə şəkilləri çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi