Tanınmış Azərbaycan qadınları

Beynəlxalq Qadınlar Günü ərəfəsində  Azərbaycan tarixində iz  qoymuş  xalqımızın  maariflənməsində əsl  fədakarlıq  göstərmiş  maarifçi qadınları  məktəblilərə  tanıtmaq  məqsədilə  məktəbin  ibtidai  sinif  müəllimi S.Əyyubova Kılıç "Azərbaycan qadınları" mövzusunda  ədəbi-bədii kompozisiya  təşkil etdi. Şagirdlər Şərqin ilk diplomat qadını Sara Xatun, Bərdə hökümdarı Nüşabə , Xan qızı Natəvan, eləcə də , Azərbaycanda  ilk qadın  yazıçı,  ilk tibb bacısı , ilk kimyaçı, ilk həkim, ilk  bəstəkar , opera müğənnisi , ilk  kinorejissor , heykəltəraş,  balerina,   rəqqasə , dünya çempionu  olan  idmançı  qadınlar haqqında məlumat  toplamış  şagirdlərinn  çıxışları xoş təəssürat bağışladı. Şagirdlər  Xurşidbanu Natəvanın  Aleksandr Düma ilə, Bərdə hökümdarı Nüşabənin dünyanı fəth etmiş İsgəndərlə görüşünü səhnəcik şəklində təqdim etdilər. Bu səhnəcklərdə Azərbaycan qadının ağıllı, cəsarətli, mərd olduğu parlaq şəkildə özünü göstərdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi