Novruz çərşənbələri

"Dəyərlərimizi qoruyaq"  layihəsinin icrası ilə  bağlı 306 nömrəli məktəbdə mövzu ilə bağlı Novruz tədbirlərinə  start  verildi. Kiçik yaşlı  məktəbliləri  xalqımızın  milli-mənəvi  dəyərləri ilə tanış etmək, onlarda xalqa, xalqın adət- ənənələrinə  hörmət hissi  oyatmaq  , xalqın adət-ənənələri haqqında  məlumatlandırmaq  məqsədilə  Azərbaycan mədəniyyətində  xüsusi  əhəmiyyət verilən  Novruzdan əvvəlki  çərşənbələrə  həsr olunmuş  ədəbi-bədii-musiqili  kompozisiya  təşkil edildi.  Bu tədbirin icraçıları olan  məktəbin ibtidai  sinif müəllimləri G.Dünyamalıyeva və S.Şükürlü  3-cü sinif şagirdləri  ilə hazırladıqları tədbirdə  su çərşənbəsi ilə bağlı  bəzi inancları təqdim etdilər. Novruzun atributları olan  kosa, keçəl , səməni , xonçalar  tədbirə xüsusi  yaraşıq verirdi. Tədbirdə iştirak edən məktəbin direktoru G. Ədilova məktəbliləri  bayram  münasibətilə  təbrik etdi  və onlara xalqımızın  milli -mənəvi  dəyərlərini  qorumağı , adət-ənənəmizə  hörmətlə yanaşmağı  tövsiyə etdi. Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi