Bullinqlə bağlı anonim sorğu

Son zamanlar dünyanın bütün ölkələrindəki  təhsil müəssisələrində  müşahidə olunan  ən qabarıq problemlərdən biri də bullinqdir.  Bununla bağlı olaraq 16.04.2024-cü il  tarixində  məktəb psixoloqları  tərəfindən 7-ci siniflər arasında  bullinqlə bağlı anonim sorğu keçirildi.  Sorğunun keçirilməsində məqsəd  şagirdlər arasında bullinq  hallarının olub-olmamasını  aşkara çıxarmaq  və əgər  bu cür hallar   varsa onların  qarşısını  almaq üçün  lazımı  tədbirlərin  görülməsi olmuşdur. Şagirdlər bullinqlə bağlı  məlumatlı olsalar da  sorğuya başlamazdan  əvvəl "Bullinq və onun növləri"  haqqında  təkrar  məlumat  verildi. . Sorğunun  anonim şəkildə aparılması  və şagirdlərin  əlavə qeydləri  olarsa , onları da  qeyd edə biləcəkləri söylənildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi