Reproduktiv sağlamlıq: "Mən və mənim əhatəm"

306 nömrəli tam orta məktəbdə "Reproduktiv sağlamlıq" proqramı çərçivəsində yer alan mövzularla bağlı seminar və məşğələlərin keçirilməsi davam etdirilir. Bununla bağlı olaraq 8-ci siniflərin hər birində həmin proqrama əsasən " Mən və mənim əhatəm " mövzusunda seminar və məşğələlər keçirildi.

Seminara başlamazdan əvvəl şagirdlərə mövzu ilə bağlı suallar ünvanlandı, diskussiya aparıldı. Düzgün seçilmiş sağlam sosial mühitin əhəmiyyətindən, dostluq münasibətlərinin mahiyyətindən danışıldı. Məşğələ müddətində diskussiya, müzakirə, insert üsullarından və resurs olaraq isə ünvanlanmış sualları cavablandırmaları üçün şagirdlərə cavab vərəqələri paylandı. Şagirdlər paylanan cavab vərəqələrini yazdıqdan sonra vərəqələr qarışdırılaraq yenidən şagirdlərə paylandı. Sonda onların yazdıqları cavablara əsasən müzakirə aparıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi