1-cilər Dövlət Tarix Muzeyində

306 nömrəli məktəbin şagirdləri dəfələrlə ölkəmizin böyük muzeylərindən biri olan Azərbaycanın tarixinə və mədəniyyətinə aid materialların toplanması , tədqiqi ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olan Dövlət Tarix Muzeyində oldular. Bu dəfə növbə kiçikyaşlı məktəblilərin idi. Məktəbin ibtidai sinif müəllimi Z.İsgəndərova öz "birinciləri" ilə bu muzeydə oldular. 

Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərdən olan məhşur neft maqnatı və xeyriyyəçi H.Z.Tağıyevin 1895-1896-cı illərdə tikilmiş malikanəsində yerləşən bu muzey  məktəblilərdə dərin  təəssuratlar buraxdı. Muzeydə eksponat kimi saxlanılan daşdan düzəldilmiş əmək alətləri, misdən, dəmirdən hazırlanmış əmək və məişət əşyaları gil və çini qablar, zərgərlik nümunələri, qızıl , gümüş, mis pullar, naxışlarla bəzədilmiş əl işləri sayılan  kişi və qadın paltarları, xalça və xalça məmulatları- cecim , keçə ,toxunma çanta və binanın tikilməsində istifadə olunan sənət nümunələri şagirdlərdə xüsusi maraq yaratdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi