Aprel döyüşləri- Zəfərimizə gedən yolun başlanğıcı

Bu gün məktəbimizdə əbədiyaşar qəhrəmanlarımız, xalqın qüruru, and yeri olan oğullarımızı, torpaq uğrunda can verərək  özləri müqəddəs vətən torpağının bağrına köçən şəhidlərimizi böyüməkdə olan gənc nəslə tanıtmaq, dədə-babalarımızdan bizə miras qalmış doğma torpağımıza hüdudsuz sevgi hissi oyatmaq məqsədilə məktəbin tarix müəllimi G.Ağamalıyeva rəhbərlik etdiyi 5-ci sinif şadirdləri ilə birgə "Aprel döyüşləri- Zəfərimizə gedən yolun başlanğıcı" mövzusunda ədəbi-bədii kompozisiya təşkil etdi. Məktəblilər Aprel döyüşləri , bu döyüşlərdə həyatı bahasına torpaqların bir qismini azad edən şəhidlərdən danışdılar.  Onlar bizim generallarımızın , zabit və əsgərlərimizin  Vətən, torpaq uğrunda ölümə getməyə hər an hazır olduqları haqqında danışdılar . Bunu Aprel döyüşlərinin davamı olan 44 günlük müharibədə sübut edən Azərbaycan oğullarının qəhrəmanlığından da qürurla söz açdılar. Şəhidlərə həsr olunmuş videoçarx nümayiş etdirildi, onlara həsr olunmuş şeirlər səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi