Aprel şəhidi ehtiramla yad edildi.

Ən yeni tariximizin qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərindən 8 il keçir. Bu gün 306 nömrəli məktəbdə bu salnamənin qəhramanları olan şəhidlərimizin xatirəsi qürur və ehtiramla yad edildi. Müşfiqabad qəbiristanlığında dəfn olunmuş aprel şəhidi  Rəşad Niftalılının  məzarı üstünə yürüş təşkil edildi.  Həmin qəbiristanlıqda dəfn olunmuş 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış , məktəbimizin məzunu olmuş Əmirşah Əmirlinin və onunla yanaşı uyuyan digər şəhidlərin məzarı da ziyarət edildi. Yürüşdə iştirak edən məktəblilər  torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək  Vətənə , şəhidlərə həsr olunmuş şeirlər söylədilər.  Yol boyu əllərində üçrəngli bayrağımızı daşıyan məktəblilərimiz uca səslə "Şəhidlər ölməz - Vətən bölünməz" deyərək yaşayış evlərinin qarşısından, küçələrdən qürurla keçdilər. Hətta bu yürüşə qəsəbə gənclərində qoşulanlar da oldu. Vətən naminə qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır.  Biz heç vaxt bu qəhrəmanları unutmuruq, onların ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi