Bullinq nədir və onun fəsadları

Təhsil  müəssisələrində  müşahidə olunan ən qabarıq problemlərdən  biri təhsilalanlar  arasında yaranan  təzyiq  və aqressiv  davranışlardır.  Bu kimi halların  qarşısının  alınması  məqsədilə  təhsil müəssisəsi  olaraq "Bullinq, onun fəsadları, onunla  mübarizə aparmaq yolları"  haqqında  şagirdlərimizi  maarifləndirmək bizim öhdəliyimizə düşür.  Bu məqsədlə  məktəb psixolaqları  4-cü siniflərdə  "Bullinq nədir və onun fəsadları"  mövzusunda seminar  təşkil etdilər. Seminarın təşkilində məqsəd şagirdlər arasında sağlam mənəvi psixoloji mühitin təmin edilməsi, təhsilalanların  fiziki və psixoloji təzyiq  hallarından  qorunmasına yardımçı olmaqdır. İlk olaraq  özündə  bullinqi  əks etdirən  video-çarxlar nümayiş  etdirildi, həmin  video  ilə bağlı şagirdlərin fikirləri  soruşuldu. Daha sonra şagirdlər  bullinq , onun  növləri ilə bağlı  məlumatlandırıldı. Eyni zamanda bullinqin şagirdlər arasında  kiminsə təklənməsi , birinə bilərək  təzyiq göstərilməsi , onun yaratdığı  fəsadların  şagirdin  həyatına necə təsir etdiyi də qeyd edildi. Sonda "Bullinqlə necə mübarizə  aparmalıyıq?"  sualı ətrafında  müzakirələr aparıldı. Şagirdlərin sualları  cavablandırıldı və onlara tövsiyələr verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi