Bura Vətəndir

Qarabağ tarixinin dərindən öyrənilməsi, Qarabağ müharibəsi qəhrəmanlarının tanıdılması məqsədi ilə 29.11.2021 – ci il tarixində 7 – ci sinif şagirdləri ilə “Bura Vətəndir” mövzusunda tədbir keçirildi. Qarabağın işğaldan azad edilmiş rayonları – Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Xocavənd, Suqovuşan haqqında, Qarabağın flora və faunası, coğrafiyası, tarixi abidələri, milli – mənəvi dəyərləri və işğala məruz qaldığı dövrdə Qarabağda itirilmiş yeraltı – yerüstü sərvətlər haqqında məlumatlar hazırladılar. 44 günlük müharibədə torpaq uğrunda canından keçərək dədə - baba torpaqlarımızı mənfur düşmən tapdağından azad edən şəhidlər və qazilər, şanlı Azərbaycan Ordusu haqqında, vətən mövzusunda şeirlər söylədilər.

1 – ci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımız və torpaq uğrunda canını fəda etmiş şəhidlərdə yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi