Əmirşah xatirə bulağının açılışı

Xalqımızın milli ləyaqəti məhz xalqın qəhrəman oğullarının çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərək şəhid olmuş mərd igidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə ölkəmizin hər yerində abidələr, xatirə kompleksləri inşa edilir. 29.09.2021-ci il tarixdə Binəqədi rayonu 28 May qəsəbəsində şəhid Əmirşah Əmirlinin xatirəsinə inşa edilmiş xatirə bulağının açılışı oldu. Tədbirdə şəhidin yaxınlaı, Binəqədi rayon icra hakimiyyətini nümayəndələri, qəsəbə sakinləri ilə yanaşı şəhidin təhsil aldığı 306 nömrəli məktəbin kollektivi də iştirak etdi. Tədbirdə məktəbin direktoru G.Ədilova, sinif rəhbəri olmuş X.Alıyev və digər müəllimlər çıxış edərək şəhidimizlə qürur duyduqlarını bildirdilər. Məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər, xatirə bulağına gül dəstəsi qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi