Şəhidliyin behiştə gedən yolu

27.09.2021 – ci il tarixində bütün Azərbaycan doğma el – obaya sədaqəti, mərdliyi və mətinliyi ilə bütün dünyanı lərzəyə gətirən Vətən oğullarının Anım Gününü qeyd etdi. Həmin gün 306№ - li məktəbdə də bir həyacan, bir izdiham yaşandı. İkinci Qarabağ müharibəsində canını Vətən uğrunda fəda edərək şəhadətə qovuşan, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan, Vətən yolunda əsl qeyrət, hünər, şərəf və ləyaqət göstərən mərd igidlərimiz ehtiramla yad edildi. Məktəbin ibtidai sinif şagirdlərinin hər biri şəhid şəkillərini əllərində iftixarla tutaraq bu müqəddəs torpağın qoynunda əbədilik qazanan şəhidlərimizin şəninə həsr olunmuş şeirlər söylədilər. 27 sentyabr 2021 – ci il tarixində saat 12:00 – da bütün Azərbaycanda olduğu kimi 306№ - li məktəbin həyətində də müəllimlər, şagirdlər bir dəqiqəlik sükutla şəhidlərimizi ehtiramla yad etdilər, sonra isə Azərbaycanın Dövlət Himni, şəhidlər həsr olunmuş vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi