Şərqin görkəmli şairi

Bakı şəhəri 306 № - li məktəbdə Azərbaycan fars dili poeziyasının klassiki, şərqin ən böyük şairlərindən biri olan, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbirlərdən biri də dahi şairə həsr olunmuş “Nizami” bədii filminin məktəblilərə nümayiş etdirilməsi oldu. Prizident İlham Əliyevin Azərbaycanda 2021 – ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında imzaladığı sərəncamla bağlı “Azərbaycanfilm”kinostudiyasında xalq artisti, rejissor Eldar Quliyevin xalq yazıçısı İsa Hüseynovla birgə yazdığı ssenarisi əsasında çəkdikləri “Nizami” filmi məktəblilər tərəfindən maraqla qarşılandı. Böyük mütəfəkkir N.Gəncəvinin obrazını yaradan SSRİ xalq artisti görkəmli müğənni Müslüm Maqomayevin şairin fərdi obrazını yaratması, məktəblilərdə Müslüm Maqomayev yaradıcılığına da marağı artırdı. Filmin nümayişindən sonra 6 – 7 – ci sinif şagirdləri N.Gəncəvinin yaradıcılığına bir daha səyahət edərək onun şeirlərini səsləndirdilər və dahi şairi ehtiramla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi