Tariximizin parlaq səhifəsi

Ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hər il ölkəmizdə milli bayram kimi qeyd olunur. 27.05.2021 – ci il tarixdə 306№ - li tam orta məktəbin 3a sinfinin sinif rəhbəri S.Məmmədova Xalq Cümhuriyyətinin 103 – cü ildönümü münasibətilə “Tariximizin parlaq səhifəsi” mövzusunda xüsusi dərs təşkil etdi. Şərəfli yol keçmiş və müasir müstəqilliyimizə yol açmış Xalq Cümhuriyyətindən söz açan S.Məmmədova həmin hökumətin yaradıcıları haqqında da məlumat verərək uşaqları və xalqımızı bu gün münasibəti ilə təbrik etdi və bildirdiki 23 ay yaşayaraq süqut edən Respublikamız 1991 – ci ildə Heydər Əliyev tərəfindən yenidən öz müstəqilliyinə qovuşdu və bu müstəqillik əbədi olacaqdır. Sinif şagirdləridə öz növbəsində, 28 May Respublika Günü haqqında topladığı məlumatları və söylədikləri şeirləri ilə dərsi daha da maraqlı etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi