Talassemiyasız həyat naminə

Dünyanın hər yerinə yayılmış, əsasən də, Aralıq dənizi ölkələrində tüğyan edən ağır irsi qan xəstəliyi talassemiya daşıyıcıları günü-gündən çoxalır.

       Azərbaycanda, demək olar ki, on nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Əgər iki talassemiya daşıyıcısı ailə qurarsa, onların övladları da bu xəstəliyə yaxalanır.

17.02.2020-ci il tarixdə 306№-li tam orta məktəbdə Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramını əsas tutaraq talassemiyasız həyat naminə maarifləndirmə xarakteri daşıyan xüsusi dərs təşkil edildi.

       Dövlətimizin talassemiya xəstələrinə maddi və mənəvi dayağı, talassemiyalı uşaqlara xüsusi qayğısı danılmazdır.

       Tədbirdə məktəblilər bu xəstəliyin əlamətləri, onun müalicəsinin əsas prinsipləri və başqa xəstəliklərə yol açması barədə danışdılar. Həyatın ağır yükünü çəkən talassemiyalı uşaqların arzularını əks etdirən səhnəciklər nümayiş etdirdilər, insanları qana ehtiyacı olan talassemiyalı uşaqlara köməyə çağıraraq “Qan ver, xilas et” şüarları ilə çıxış etdilər. Müalicəsi çox baha başa gələn bu xəstəlik haqqında videoçarx nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi