“ Bilik Günü tədbiri”

15. 09.2025 –ci il tarixdə “Bilik günü“nə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olundu.
Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəb direktoru P.V.Rzayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini V.Əkbərova və valideyn komitəsinin sədri M.Abasova çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik etdilər.
Tədbirdə qonaq qismində iştirak edən Qaradağ rayonu İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi çıxış etdi və yeni
dərs ilinin başlanması münasibəti ilə hər kəsə uğurlar arzuladı.
Tədbir şagirdlərin hazırladıqları şeir və mahnıları ifa etməsi ilə yekunlaşdı.