Azad Qarabağ

17.04.2025-ci il tarixdə məktəbin tarix müəllimi A.N.Abdullayevanın rəhbərliyi ilə 5a sinif şagirdlərinin təqdimatında “Azad Qarabağ” adlı tədbir keçirildi .
Tədbirdə şagirdlər 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatlar nəticəsində işğaldan azad edilən şəhərlər haqqında geniş məlumat verdilər.
Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır.
Genişmiqyaslı layihələrin icrası və “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işlər uğurla davam etdirilir.Böyük quruculuq meydanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçriləcək layihələr bir daha Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.