“Müasir Azərbaycan gəncini necə görürsünüz?”

 

13.02.2024- cü il tarixdə məktəbin psixoloqu İ.N.Paşayeva 7-ci sinif şagirdləri ilə “Müasir Azərbaycan gəncini necə görürsünüz?” mövzusunda dəyirmi masa təşkil etdi. Şagirdlər qruplara ayrıldılar( “Zirvə”, “Zəfər”, “Müasir həyat”), verilmiş mövzu üzrə təqdimatlar hazırladılar. Hər bir qrupun təqdimatını qrupun lideri təqdim etdi. Şagirdlər təqdimatlarında maraqlı mövzulara toxunmuşdular.

  “Zəfər” qrupu öz təqdimatında Azərbaycan torpaqlarının birləşdirilməsində müasir Azərbaycan gənclərinin döyüş əzmini və şücaətini əsas göstərərək çıxış etmiş, “Müasir həyat” qrupu gənclərin mütləq mənada peşə, sənət sahibi olmalarından, həyata özgüvənli, özünə əmin formada addımlamalarından, Zirvə qrupu isə gənclərin - xüsusilə də qızların təhsil almalarından və ana dilinə dəyər verməklə yanaşı bir neçə xarici dil öyrənməyin də vacib olduğunu nəzərə çatdırmışdılar.

   Şagirdlərin cəmiyyətlə səsləşən fikirlər səsləndirməsi və yaxud probemlərə toxunması əlbəttə ki, məni bir pedaqoq kimi çox sevindirdi. Deməli, şagirdlərimiz dünyadakı yenilikləri fəal şəkildə izləyir, uyğunlaşır və yeniliklər( kəşf etmək, yaradıcı işlər) gətirməyə çalışırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi