Reproduktiv sağlamlıq nədir

   İnsan sağlamlığı perinatal, körpəlik, uşaqlıq və yeniyetməlik dövrlərindəki inkişaf şəraiti ilə müəyyənləşir. Lazımi şəraitlə təmin olunmayan uşaqlar, böyüyüb nəsilvermə mərhələsinə qədəm qoyanda bir sıra ciddi xəstəliklərlə üzləşirlər.Bu səbəbdən uşaq və yeniyetmələrin reproduktiv sağlamlığının vaxtında qayğısına qalmaq xüsusi əhəmiyyət kəsb edir.

    Reproduktiv sağlamlığa aid maarifləndirmə işini genişləndirmək məqsədilə məktəbin psixoloqu IX sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq nədir” adlı seminar təşkil etdi.

    Seminarda reproduktiv sağlamlıq məfhumu izah edildi, qadın və kişi orqanizminin xüsusiyyətləri şərh edildi.Seminar şagirdlərlə müzakirə formasında aparıldı.Şagirdlər reproduktiv sağlamlığı qorumaq üçün şəxsi plan hazırladılar.Seminarda multimedia vasitələrindən (hər iki cinsin reproduktiv sistemini əks etdirən şəkillər) və anonim sorğu vərəqlərindən istifadə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi