MƏKTƏB PSIXOLOQUNUN "İMTAHAN HƏYƏCANI" ADLI TƏLİMİ.9-CU SİNİFLƏR

İmtahan hər zaman bizim beynimizdə, hafizəmizdə həyatımızı dəyişmək gücünə malik olan, həyatın bütün dönəmlərində bir mərhələdən digər mərhələyə keçid üçün vasitə, bir faktor kimi qalıb. Biz tez-tez müşahidə edirik ki, imtahan verənlərin, xüsusilə abitruyentlərin real biliyi, potensialı ilə ortaya qoyduğu nəticə eyni olmaya bilir. Bu fərqi də analiz etdikdə, burada psixoloji faktorların nə qədər önəmli yerə sahib olduğunun şahidi oluruq. Burada ən böyük təsirlərdən biri, sözsüz ki, imtahan stessi və həyəcandır. Həyəcan da sinir sisteminə təsir edir ki, bu getdikcə dərinləşə və baş ağrısı, ürək bulanması, qarın ağrısı, əl-ayaqların tərləməsi, bədən temperatorunun yüksəlməsi, ürək döyüntülərinin artması, hətta bəzən boğulma halları və s. fonunda özünü biruzə verə bilər. , Bu kimi halları aradan qaldırmaq üçün məktəbin psixoloqu Teymurova Esmira xanım XI siniflərlə "İmtahan həyəcanı" adlı təlimi keçirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi