"Müsahibəyə hazırlıq"

28 mart 2024-cü il tarixində məktəbimizdə Beynəlxalq ekspertlər, ARTİ əməkdaşları və Peşə Təmayüllü Siniflər layihəsinin idarə heyətinin üzvləri qonaq oldu. Məktəb rəhbərliyinin dəstəyi ilə qonaqlar xüsusi şəkildə qarşılandı və məktəbin Peşə Təmayüllü sinfində - 10 P sinfinin şagirdlərinin dərslərində yaxından iştirak etdilər. Şagirdlərin əl işləri və dərs prosesi ilə tanış oldular.

Bununla yanaşı, "Karyera bələdçiliyi üzrə Master Təlimçilərin bilik və bacarıqlarının artırılması" proqramını uğurlar başa vuran Peşə Təmayüllü Siniflərin qrup rəhbəri Quliyeva Nigar bu gün ölkəmizdə pilot olaraq 10 ümumtəhsil məktəbində həyata keçiriləcək layihənin "Müsahibəyə hazırlıq" adlı təlimini şagirdlərin fəal iştirakı ilə təşkil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi