“Bəşəriyyətin düçar olduğu bəla”

16.05.2025-ci il tarixində məktəbimizin akt zalında “Bəşəriyyətin düçar olduğu bəla” adlı narkomaniyaya həsr olunmuş mədəni – kütləvi tədbir həyata keçirildi.

Tədbir Bakı Şəhər Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində keçirilən “Sağlam nəsil - Parlaq gələcək” layihəsi əsasında, eləcə də məktəbin və məktəbdə psixoloji işin təşkili üzrə təsdiq olunmuş fəaliyyəti əsasında baş tutdu.

Tədbir VIII-X sinif şagirdlərinin aparıcılığı ilə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra isə dövlətimiz, millətimiz, bayrağımız uğrunda I və II Vətən müharibəsində canını fəda edən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə bir sıra qonaqlar iştirak edirdilər. O cümlədən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyası”nın məsul katibi İsmayılov Ruslan müəllim, “Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Qaradağ rayon

komitəsinin sədri - Zümrüd xanım Rzayeva, “ Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri - Abbasov Elçin müəllim, Qaradağ rayon Ələt qəsəbəsi icra nümayəndəsi – Əliyev Altay müəllim. Qonaqlar tədbirdə çıxış edərək narkomaniyanın cəmiyyətə, insanların sağlamlığına ziyanı və narkomanlığa qarşı mübarizə yolları haqqında danışdılar.

Tədbirin əvvəlində giriş sözü ilə məktəbin direktoru Rəhimova Günay xanım çıxış etdi. Həmçinin uşaqların məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qaçayeva Xanımana müəllim, eyni zamanda məktəbdə psixoloji xidmət işinin təşkili üzrə məktəb psixoloqu Teymurova Esmira xanım çıxış etdilər.

Tədbirdə yeniyetmələrdən ibarət şagirdlər tamaşa səhnəciyi və şeir kompoziyası ilə çıxış etdilər. Daha sonra məktəbimizin təsviri incəsənət müəllimi Aytac Qasımovanın istiqamətilə “Narkomaniya rəsmin gözü ilə”, “Şüarlar", həmçinin məktəbin İlk Həmkarlar Komitəsinin sədri və eləcə də sinif rəhbəri Rzayeva Sevil müəllimin rəhbərliyi ilə VII siniflərlə sağlam həyat tərzini ifadə edən musiqi nömrəsi və Fiziki tərbiyə müəllimi Nəhmədov Bəxtiyar müəllimin təşkilatçılığı ilə

idman nömrələri təqdim etdilər. Sonda rəsmlər müzakirə olundu və xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi