"Yurdumuza yaz gəlir" adlı Novruz şənliyi

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədi ilə "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində 15.03.2024-cü il tarixində məktəbimizin həyətyanı sahəsində "Yurdumuza yaz gəlir" adlı Novruz şənliyi keçirildi. Məktəbin həyətyanı sahəsi Novruz bayramına uyğun bəzədilib. Şənlikdə şagirdlər Novruza aid xalq deyimləri, alqışlamalar, haxışdalar səsləndirdilər. Şagirdlərin ifasında şən mahnılar, rəqslər, Novruzun atributlarından olan kosa və keçəlin məzəli oyunları şənliyi daha da rövnəqləndirdi. Bundan başqa sərgilərdə təşkil olundu. Həmçinin peşə təmayüllü sinifimiziin hazırladıqları şirniyyatlarda təqdim olundu.Hazırlanan şirniyyatlar ,şagirdlərin əl işlərindən və çəkdikləri rəsmlərdən ibarət sərgi, müəllim və şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi