Ibtidai siniflər üzrə "Bilik yarışı" təşkil olundu

Ötən gün 16 dekabr 2016-cı il tarixində Bakı şəhəri Ə.Zeynallı adına 302№li tam orta məktəbdə ibtidai siniflər arasında "Bilik yarışı" təşkil olundu. Yarışda II-IV siniflər iştirak edirdilər. Hər sinif digər paralel sinfi ilə yarışırdı. Yarışın nominasiyaları 1.Sürətli oxu, 2.Ən yaxşı riyaziyyatçı, 3.Ən yaxşı texnoloq, 4.Məntiq, 5.Biz ingiliscə danışırıq, 6.Heykəltəraş, 7.Kompüterdə mətnyığma, 8.İntellektual şagird, 9.Ən yaxşı rəssam, 10.Ən yaxşı musiqiçi sərgiləndi. Ana dili və Riyaziyyat üzrə 6 nəfər iştirak etməkdən əlavə digər əvvəldə göstərilən yaradıcılıq sahələri üzrə də hər sinifin şagirdinin əl işləri təqdim olundu. Yarışın qalibləri 2-ci siniflər üzrə 2a və 2c sinifləri eyni xallarla (yəni 37 balla) 1-ci yerləri bölüşərək pillənin birinciliyini qazandılar. 2b isə III (31) yer qazandı. 3-cü siniflər üzrə : 3a - I yer (41) , 3b - II yer (36); 4-cü siniflər üzrə 4a - I yer, 4b - II yer qazandı. Yarışın mərhələlərində fasilələr zamanı balaca şagirdlərin təqdimatında ifalar, rəqslər nümayiş olundu. Yarışda valideynlər və məktəbin müəllimləri iştirak edirdilər. Siniflərin bilik və bacarıq qiymətləndirmələrini münsiflər heyəti dəyərləndirirdi. Yarışın məqsədi şagirdlərin bilik və bacarığını dəyərləndirmək, şagirdlər və komandalar arasında rəqabət potensialını inkişaf etdirmək idi. Siniflər özlərinə maraqlı komanda adları götürmüşüdülər ki, bunlardan "Zirvə", "Qafqaz","Günəş","Zəka","Kəpəz","Yağmur", "Xudafərin", "Qəbələ" və s qeyd etmək olar. Bu yarışın təşkil və aparıcılıq edən monitorinq komissiyasının sədri Mehdiyeva Aybəniz idi. Yarışın münsiflər heyətində biologiya müəllimi Səmədova Kəmalə, riyaziyyat müəllimi Qaçayeva Xanımana, ingilis dili müəllimi Hətəmova Sevinc, coğrafiya müəllimi Abdullayeva Sevinc və ana dili üzrə Rzayeva Səkinə (məktəbin direktoru) müəllimləri iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi