Steam dərsləri

2021-2022-ci tədris ilindən məktəbimizdə STEAM layihəsinin tətbiqinə başlanılıb.

 

STEAM modulu ilk olaraq VI Siniflərdə tədris olunacaq. STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir.

Layihənin əsas məqsədlərindən biri şagirdlərdə düşüncə və təfəkkürü, eləcə də istehsal təfəkkürünün daha da dərindən formalaşdırmaqdır. Yəni, şagird qarşısındakı alətin necə hazırlandığını, hansı materiallardan istifadə olunduğunu düşünərək, sual verərək öyrənmək bacarığına malik olacaq.

 

#mekteb302 #şagird #tehsil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi