31 Mart soyqırım tədbiri

31 mart 2016-cı ildə məktəbimizdə 31 mart azərbayvanlıların soyqırımı günü münasibətilə tədbir keçirildi . Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Öncə tədbiri açmaq üçün sözü məktəbin direktoru Məmməd Səfərova verildi. Məmməd müəllim xalqımızın uzun illər saysız hesabsız bəlalar gördüyünü , hər zaman ermənilərin ağlasığmaz ,hiyləgər məkirli oyunlarına məruz qaldığını vurğuladı. Qeyd etdi ki, 31 mart soyqırımı da erməni daşnaklarının dinc xalqımızın qarşı törədilmiş amansız əməlidir. Xalqımız soyqırımların ağrılarını hələ də yaşayır, anır və heç vaxt da unutmayacaq. Tədbirdə məktəbimizin tarix müəllimi Ə.Sevinc bu soyqırımı haqqında tarixi məlumatları təfərüatıyla danışdı. Daha sonra məktəbimizin şagirdləri 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş şeirlər söylədilər.Video çarx nümayiş olundu. Tədbirimiz kədərli notlarla yekunlaşdı . Sonda məktəbin D.h.m Paşayeva əranə tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.Tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə təşəkkür etdi .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi