İbtidai sinif müəllimləri ilə növbəti metodbirləşmə iclası
19.11.2019-cu il tarixində ibtidai siniflər üzrə keçirilən növbəti metodbirləşmə iclasında məktəbin direktoru Sevda Sarıyeva və fənn metodbirləşmə üzvləri iştirak etdilər.İclasda keçirilən KSQ-lər,şagirdlərin dərslərə davamiyyəti, BSQ-lərin tərtib edilməsi,siniflərin səviyyələr üzrə bölünməsi kimi mövzular təhlil edildi. Sevda Sarıyeva çətinlikləri olan müəllimlərə təcrübəli müəllimlər ilə əməkdaşlıq etməyi tövsiyə etdi. Hər bir şagirdin bir sonrakı səviyyəyə hazırlanması üçün müəllimlərə sinifdə verilən tapşırıqların səviyyələr üzrə hazırlanması tapşırıldı. IV siniflərdə I yarımilin sonunda keçiriləcək BSQ-lərin 3varianta,20 sual və 4səviyyəyə uyğun hazırlanması tövsiyə olundu.