"Təlimə Dəstək Mərkəzi" ndə seminar
30.10.2019-cu il tarixində 246 nömrəli tam orta məktəbdə Təlimə Dəstək Mərkəzinin Metodistləri tərəfindən Binəqədi rayonu üzrə məktəblərin İbtidai sinif metodbirləşmə sədrləri və müəllimləri üçün maarifləndirici seminar təşkil olundu.Seminarda oxu, yazı, diaqnostik və formativ qiymətləndirmə, onların nəticələri ilə bağlı, həmçinin qiymətləndirmənin inkişafına yönələn istiqamətlərin müəyyənləşdirilməsi, lazımi sənədlərin hazırlanmasına aid müzakirələr aparıldı.Seminarda həmçinin müxtəlif formada nümunə sənədləri təqdim olundu və eyni zamanda KSQ-lərin keçirilməsi ilə bağlı müəllimlərə məlumat və tövsiyyələr verildi.