"Məktəb kitabxanaçısı-pedaqoqdur" adlı Elmi-təcrübi konfrans
Paytaxtın ümumi təhsil müəssisələrində çalışan kitabxanaçılar üçün "Məktəb kitabxanaçısı-pedaqoqdur" adlı konfrans keçirilib.Beynəlxalq məktəb kitabxanaçıları günü münasibəti ilə təşkil olunan konfransda BŞTİ müdir müavini Hüseyn Əsgərov, RPEK direktoru Tamilla İsmixanova və məktəb kitabxanaçıları iştirak edib.Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışıb.Hüseyn Əsgərov belə layihələrin məktəb və kitabxana üçün vacib olduğunu vurğuladı.Daha sonra kitabxanaçılar fikirlərini bölüşdülər.Konfransın sonunda kitabxanaçılara şagirdlərin mütaliə vərdişlərinin formalaşması üzrə keçirilmiş layihədə iştiraklarına görə diplomlar təqdim olundu.