B.Vahabzadənin "Gülüstan" poemasının müzakirəsi
Oktyabrın 28-də "Oxu günü" ilə əlaqədar olaraq şagirdlərdə mütaliənin və nitq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə VIc sinfində Azərbaycanın böyük şairi B.Vahabzadənin yaradıcılığından "Gülüstan" poemasının müzakirəsi keçirildi.Fənn müəllimi Zümrüd Əsədovanın şairin Azərbaycan ədəbiyyatındakı mövqeyi ilə bağlı giriş çıxışından sonra söz şagirdlərə verildi.Əsərdə əksini tapmış Azərbaycanın ikiyə bölünməsi, Araz çayının xalqımıza göz dağı olması, müəllifin hər iki tərəfi Azərbaycanın sinəsinə dağ çəkən qan düşmənləri kimi ifşa etməsi, gələcək birliyə böyük inam hissi şagirdlərin ifasında obrazlı səsləndirildi.Azərbaycanın birliyi, bölünməzliyi ideyasına şagirdlər "şəhidlər ölməz, vətən bölünməz" şüarı ilə səs verdilər.Söz ehtiyatının zənginliyi, nitqin səlisliyi şagirdlərdə mütaliənin zəruri olduğunu göstərdi..