Könüllü işləmək istəyənlərin nəzərinə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.Fürsəti dəyərləndirmək üçün tərcümeyi halınızı [email protected] ünvanına göndərməyiniz xahiş olunur.Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114) Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur: İnsan resursları sektoruİctimaiyyətlə əlaqələr sektoruÜmumi təhsil sektoruMəktəbdənkənar fəaliyyətin təşkili sektoruİnformasiya təminatı sektoruÜmumi sektorTəminat və təchizat sektoruMaliyyə və mühasibatlıq sektoruİnkişaf layihələri sektoru