"Dünyəvi dövlətdə dini təhsil"in təşkili ilə bağlı seminar
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində Qafqaz Baku Sport Hoteldə seminar keçirildi.Seminarda Binəqədi məktəbləri üzrə praktik psixoloqlar , həyat bilgisi , biologiya fənnini tədris edən pedaqoqlar iştirak etdilər. Bu seminarın əsas məqsədi dünyəvi dövlətdə dini təhsilin təşkili və idarə olunması məsələləri ilə bağlı təhsil işçilərini məlumatlandırmaqdan ibarət idi. Dini-nöqtəyi baxımından ideoloji sahədə Azərbaycan cəmiyyətinin rastlaşdığı əsas problemlər , mövcud vəziyyət və qarşıda duran vəzifələrdən bəhs olundu.