18 Oktyabr "Milli Müstəqillik Günü"

       Bu gün məktəbimizdə  "Dövlət Müstəqilliyi Günü" ilə əlaqədar olaraq tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideynlər və şagirdlər iştirak edirdi. İlk olaraq müstəqillik günü ilə bağlı hazırlanan videoçarx təqdim olundu.Daha sonra Azərbaycanın müstəqillik tarixini əks etdirən məqamlardan bəhs edildi və şagirdlər tərəfindən müstəqillik gününə həsr olunmuş şeirlər, musiqi ifaları səsləndi.Sonda məktəb direktoru Sevda Sarıyeva tədbir iştirakçılarını dövlətimizin müstəqillik günü münasibəti ilə təbrik etdi və tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi