Valideynlərlə görüş
Bu gün məktəbin direktoru Sevda Sarıyeva ibtidai sinif şagirdlərinin valideynləri ilə görüş keçirdi. Direktor bildirdi ki,ilk olaraq tərbiyə ailədən gəlir. Bu tərbiyənin formalaşmasında isə məktəb əsas rol oynayır. Buna görə şagirdlərin təlim-tərbiyə məsələlərinə diqqətin artırılması barədə onlara tövsiyələr verdi.Valideynləri sinif rəhbərləri və müəllimlərlə əməkdaşlıq etməyə çağırdı. Həmçinin təsərrüfat məqsədləri üçün və ya hər hansı ad altında şagirdlərdən vəsait toplanılması kimi neqativ hallar aşkarlanarsa bu barədə məktəb rəhbərliyinə məlumat vermələrini valideynlərdən xahiş etdi.İclas 2 saat davam etdiŞMüsbət məsələlər hamılıqla, çatışmazlıqlar isə hər bir valideynlə fərdi şəkildə müzakirə olundu. Sonda direktor mütəmadi şəkildə bu cür iclasların keçiriləcəyini bildirdi.