Təhsil işçilərinin respublika konfransı

   11 sentyabr 2019-cu il təhsil işçilərinin növbəti respublika konfransı keçirildi. Təhsil naziri Ceyhun Bayramov çıxışında təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırdı.Məktəbəqədər təhsilin təkmilləşməsi, müəllimlərin yerdəyişməsi, MİQ-in sistemli və şəffaf keçirilməsi, ölkə daxilində müəllimlik ixtisasına istəyin artması, beynəlxalq olimpiadalarda yüksək yer tutan şagirdlərin sayının ildən-ilə artması barədə nazirimiz ətraflı məlumat verdi.Həmçinin konfransda Təhsil Nazirliyinin yanında "İctimai Şura" yaradılması elan olundu və şura üzvləri konfrans iştirakçılarına təqdim edildi.Konfransda bildirildi ki, yeni tədris ilindən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. Konfransın sonunda ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi