Ilk pedaqoji şuranın keçirilməsi

      13 sentaybr 2019- cu il tarixdə məktəbin ilk pedaqoji şurası keçirildi. Məktəbin direktoru Sevda Sarıyeva pedaqoji heyəti yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etdi və gələcək işlərində müvəffəqiyyətlər arzuladı.Pedaqoji şurada 2019-2020-ci tədris ilində ötən tədris ilinin yekun hesabatı, qarşıda duran vəzifələr, şagird kontingentinin komplektləşdirilməsi, dərsdənkənar və dərnək məşğələlərinin təşkili, dərs bölgüsü, ayrıca fənn metodbirləşmə sədrlərinin seçilməsi barədə kollektivə məlumat verildi.Bundan əlavə Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrindən irəli gələn təlimatlar pedaqoji heyətə çatdırıldı.Həmçinin iclasda məktəbin kitabxana müdiri şagirdlərin dərsliklərlə təminatı vəziyyətilə bağlı ətraflı çıxış etdi.Sonda məktəb rəhbərliyi fənn müəllimlərini maraqlandıran sualları cavablandırdılar.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi