"Kiçik Akademiya"nın yaradıcılığına aid iclas
27.05.2019-cu iltarixində Binəqədi rayonu S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə təşkil olunmuş Kiçik Akademiyanın (KA) I iclası keçirildi.İclasda məktəb rəhbərliyi, KA-nın üzvləri olan müəllim və şagird heyəti iştirak etdi.Tədbiri açıq sözü ilə məktəbin direktoru: M.Səfərov açaraq KA-nın yaradılması münasibətilə iştirakçıları təbrik etdi.Sonra səsçoxluğu ilə KA-nın prezidenti X sinif şagirdi Məmmədov Şəmistan , vitse-prezidenti IX sinif şagirdi Həmidli Nəzrin seçildi.Akademiya daxilində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr üzrə 38 şagirddən ibarət üzvü müəyyənləşdirildi.Gələcəkdə görüləcək işlər barədə KA-nın üzvlərinə göstəriş və tapşırıqlar verildi.