Narkomaniya və siqaretin əleyhinə mübarizə
Müasir dünyamızda gənc nəsli sağlam və layiqli vətəndaş kimi yetişdirmək işində məsuliyyətin böyük bir qismi təhsil müəssisələrinin üzərinə düşür.Bu işdə dəstək olmaq məqsədilə 17 may 2019-cu il Narkomaniya və siqaretin əleyhinə mübarizə ilə əlaqədar olaraq Bakı Şəhəri Narkotiklərlə mübarizə idarəsinin rəis müavini Naib Ömərov Bakı Şəhəri Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar İdarəsinin müdiri K.Ələkbərova Binəqədi rayonu 301 saylı məktəbə şagirdlərə görüşə gəlmişdilər.
M.Ömərov öz çıxışında narkomaniya və siqaret kimi zərərli vərdişlərin milli genofonda vurduğu zərərdən ətraflı bəhs etdi. K.Ələkbərova zərərli vərdişlərin cinayətlərə birbaşa yol açdığını vurğulayaraq şagirdləri belə vərdişlərdən uzaq durmağa çağırdl.
Görüşdə məktəbin direktoru M.Səfərov çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışdı və şagirdləri maarifləndirmək işindəgöstərdikləri dəstəyə görə müvafiq qurumların nümayəndəliklərinə öz təşəkkürünü bildirdi.