"Valideynlərlə bir gün" layihəsi 8c sinfi

"Açıq qapı- Valıdeynlərlə bir gün" 18.02.2019-cu il tarixindən S.Məmmədov adına 301 nömrəli tam orta məktəbin nəzərində "Valideynlərlə bir gün" adlı görüş həyata keçirildi. Görüşdə 8c sinfinin valideynləri iştirak edirdilər. Tədbirin əsas səbəbi valideynləri övladları hansı şəraitdə, necə təhsil almaları ilə tanış etmək idi. Əvvəlcə valideynlər bəzi dərslərdə əyləşib dərslərlə tanış oldular. Daha sonra məktəbin fənn kabinetləri ilə tanış oldular. Müassir avadanlıqla təchiz olunmuş riyaziyyat, fizika, biologiya, informatika kabinetlərindəki şəraitdən razı qaldılar. Daha sonra məktəbin həyətyanı sahəsi ilə tanış oldular. Məktəbin şəraitindən çox razı olduqlarını və bundan ötrü məktəb rəhbərliyinə minnətdar olduqlarını bildirdilər. Görüşün sonunda şəhid Seymur Məmmədovun  büstünün önündə və digər yerlərdə xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi